ALDP-nın lideri

Fuad Əliyev
 Əliyev Fuad Ağası oğlu 4 aprel 1970-ci ildə Bakı şəhərində anadan olub. 1986-ci ildə 160 №-li orta məktəbi bitirib. Həmin ildə Azərbaycan Xarici Dillər İnstitutuna (AXDİ) qəbul olunub.1988-1989-cu illərdə Moskva, Mıtişi şəhərlərində orduda xidmət edib. 1992-ci ildə AXDİ-ni bitirib.Əmək fəaliyyətinə 1986-ci ildə BNZ-də fəhləlikdən başlayıb. 1989-1991-ci illərdə Səbail rayonun Komsomol təçkilatında (sərbəst katib) işləyib. 1992-1995-ci illərdə Moskva şəhərində firmanın təsisçi və Prezident vəzifəsində çalışıb. 1995-1996-ci illərdə Bakı şəhəri İcra Hakimiyyətinin Kooperativ idarəsində əməkdaş vəzifəsində çalışıb. Siyasi fəaliyyətə 1997-ci ildən başlayıb. Azərbaycan Liberal Partiyasının (ALP) üzvü və ALP beynəlxalq komitəsinin əməkdaşi olub. 1998-ci il sentyabr ayından Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) yaradılması üçün təşəbbüs qrupunun üzvü olub. 1999-cu il yanvarın 30-da ALDP təsis konfransında ALDP sədrinin I müavini seçilib. 2001-ci il fevralın 15-də ALDP-nin növbədənkənar konfransında sədr seçilib. 2001-ci il sentyabrın 15-də ALDP-nin I Qurultayında yenidən sədr seçilib.
2008-2013-ci illərdə  keçirilən Prezident seçkilərində prezidentliyə namizəd olub.
2017-ci il aprelin 12-i ALDP-nən V Qurultayında sədr seçilib.