19.12.2018

Fuad Əliyev: Hər kəs özünün hara qədər gedəcəyini...


ALDP lideri Fuad Əliyevin Versus.Az-a müsahibəsi


- Fuad bəy, bu gün bir sıra siyasi aktivlər tərəfindən "müxalifətin zirvə toplantısı" məsələsi gündəmə gətirilib. Bu görüşün baş tutması müxalif düşərgəyə nə vəd verə bilər?

- Bizim partiya tərəfindən dəfələrlə müxalifətin birliyi üçün çağırışlar olub. Mən ABŞ və Avropada keçirdiyim görüşlərdən sonra bir sıra partiya sədrləri ilə görüşüb müxalifətin birləşməsinin vacibliyini bildirmişəm. Hər dəfə də mənimlə görüşdən sonra, iştirakımız olmadan gedib birliklər yaradırlar və yaxud yaratmağa cəhd göstəriblər. Sonra da həmin birliklər ya dağılıb, ya da heç yaranmayıb. Kimdənsə nəsə eşidib, təşəbbüsünün məqdəsini öyrənib yaratmaq istəyirlər, o da alınmır. Çünki işin içində deyillər. İndi də kimlərsə qabağa düşüb nəsə yaratmaq istəyir. Hamıya uğurlar diləyirəm. Amma müxalifətin birliyini, həmrəyliyini yaratmaq bazardan alver etmək deyil. Bunun təşəbbüsündə olan bəzilərinə bu asan görünür. Amma nəticədə qurduqları və ya qurmaq istədikləri birliklər fiaskoya uğrayır. Çünki strateji plan və proqramları yoxdur.

- Görüşün dekabrın 25-də olacağı barədə məlumatlar verilsə də, hələ ki, hər hansı konkret məkan göstərilmir. İndiki müxalifətdaxili münasibətləri təhlil etsək, bu görüşün baş tutması nə dərəcədə real görünür?

- Hörmətli İsgəndər Həmidov ALDP-ni dekabrın 25-nə KXCP qərargahında keçirələcək tədbirə rəsmən dəvət edib. Amma başqalarının planlaşdırdıqları tədbirdən məlumatım yoxdur. Dekabrın 25-nə çox az vaxt qalır. Düşünürəm ki, sizin "zirvə"nin ilk toplantısının nə dərəcədə alınıb alınmaması sualınıza həmin gün cavab veriləcək. Hadisələri qabaqlamaq istəməzdim.

- Bir çoxları bu görüşü onu təşkil edənlərin etimadı itirmələri baxımından çox ziyanlı, bəziləri isə birlik, dialoq, müzakirələrin aparılması baxımından xeyirli hesab edir. Sizcə bu görüşün millət üçün xeyirli tərəfi nədir və zərərli tərəfi nə ola bilər?

- Belə görüşlərin xeyirli olduğunu hesab edirəm. Məncə bu görüşlər intensiv olsa bəhrəsini verəcək. 2019-ci ildə ölkənin siyasi sferasında ciddi proseslər baş verəcək. Hesab edirəm ki, müxalifət “qış yuxusuna” girmədən aktivləşməlidir.

- Bütün hallarda bir araya gəlinmə yaxşı hal sayılır. Amma artıq indidən bu "zirvə" "müxalifətin iqtidara qarşı yeni birliyi" kimi də təqdim olunur. Bu cür mövqe nə dərəcədə düzdür və bunun görüşün uğurlu alınmasına qarşı hansı təsirləri ola bilər?

- Müxalifətin yaratdığı istənilən birlik iqtidara garşıdır. Bu görüşlərin uğurlu alınması üçün heç kim şərt qoymamalıdır, səmimi şəkildə maraqları üzləşdirib birləşməlidirlər. Birlik işində şəxsi ambisiyaları kənara qoymaq lazımdır, liderlik, "mənəm-mənəm"lik prinsiplərindən əl çəkilməlidir. Müxalifətin birliyi iqtidara qarşı ola bilər, amma xalqa, dövlətə, millətə qarşı yönəlməməlidir. Ancaq çox təəssüflər olsun ki, şəxsi ambisiyaların qabardılması nəticəsində bu vaxtadək formalaşan müxalifət birliklərinin hamısı fiaskoya uğrayıb.

- Sizcə, bu birliyə qarşı indidən neqativ fikirlərin səslənməsi onu da əvvəlki birliklər kimi əhəmiyyətsiz edə bilərmi?

- Hər bir partiya sədri öz gücünü cox yaxşı bilir. Həmin partiyanın fəaliyyəti də ictimaiyyət tərəfindən qiymətləndirilir. Hər kəs özünün hara qədər gedəcəyini, nəyə iddialı olduğunu artıq göstərəndə bu görüşlər əhəmiyyətsiz olur. Atalar demişkən, hər kəs öz yorğanına baxıb ayağını uzatmalıdır.


T.Qafarlı
Versus.Az

ALDP sədri Türkiyəli hərəkat lideri ilə görüşüb




Bu gün Osmanlı Diriliş Xalq Hərəkatının başqanı Turabi Ergün ALDP-nin baş qərargahında partiyanın sədri Fuad Əliyevlə görüşüb.
Görüşdə iki dövlət arasındakı münasibətlər, partiya və QHT-lərin əməkdaşlığı məsələləri müzakirə olunub.

F.Əliyev əvvəlcə qonağı Azərbaycanın beynəlxalq aləmdəki mövqeyi, xüsusən də Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğalçılıq siyasətindən bəhs edib. Partiya sədri hər iki ölkənin siyasi partiyaları və QHT sektorunda əməkdaşlıq və münasibətlərin möhkəmləndirilməsinin vacibliyini qeyd edib: "ALDP Türkiyənin liberal demokratları ilə əməkdaşlıq edir. Azərbaycanın bir sıra vətəndaş cəmiyyəti institutlarının da Türkiyədəki QHT-lərlə əlaqələri mövcuddur. Amma indiki durumda, bölgədə baş verən siyasi prosesləri nəzərə alaraq Azərbaycan və Türkiyənin eyni mövqedən çıxış etməsi və xarici təsirlərlərdən qorunmaq üçün birliyimiz möhkəmlənməli və həqiqətləri dünya ictimaiyyətinə birlikdə çatdırmalıyıq". T.Ergün F.Əliyevə ona ətraflı məlumat verdiyinə görə təşəkkürünü bildirib və əməkdaşlıqın vacibliyini, bu istiqamətdə iş aparılacağını söyləyib.
                                           

08.12.2018

ALDP həbsdə olan azadlıq fədaisini mükafatlandırıb



Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev AXCP sədr müavini Gözəl xanım Bayramlının bacısı Şirin xanım Bayramova ilə görüşüb.
Görüşdə məqsəd G.Bayramlının Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədər partiyanın təsis etdiyi “Azadlıq Fədaisi” mükafatının 2018-ci il qalibi müəyyənləşməsi olub.
Fuad Əliyev Şirin xanıma “Azadlıq Fədaisi” mükafatı haqqında qısa məlumat verib: "Ənənəvi olaraq hər il partiya üzvləri arasında keçirilən sorğuya əsasən 2018-ci ilin qalibi Gözəl xanım Bayramlı olub. Gözəl xanım insan hüquq və azadlıqlarının qorunması sahəsində, Azərbaycanda azad və ədalətli cəmiyyətin qurulması uğrunda göstərdiyi fədakarlığına görə bu mükafata layiq görülüb”.

Öz növbəsində Şirin Bayramova Fuad Əliyevə bu mükafata və diqqətə görə minnətdarlığını bildirib.

Görüşün sonunda ALDP sədri Gözəl xanım Bayramlının tezliklə azadlığına qovuşmasını arzulayıb.
Qeyd: “Azadlıq Fədaisi” mükafatı ALDP tərəfindən 2016-ci ildə təsis olunub. İlk olaraq bu mükafata REAL partiyasının sədri İlqar Məmmədov, 2017-ci ildə isə eks-spiker Rəsul Quliyev layiq görülüblər.

30.11.2018

Fuad Əliyev: Zurabişvili Azərbaycana yaxşılıq edib, məşhur “Gəncə qapıları”nı...


ALDP sədri Fuad Əliyevin Versus.Az-a müsahibəsi


- Fuad bəy, Gürcüstanda keçirilən prezident seçkilərinin nəticələrini necə təhlil edərdinniz?

- Gürcüstanda keçirilən prezident seçkilərinin nəticələri şəxsən mənim üçün gözlənilməz olmadı. Çünki son illərdə Rusiyanın regionda güclənməsi, xüsusilə Gürcüstanın özünün maraqlarının güclənməsinin nəticəsi olaraq xanım Salome prezident seçildi. Digər tərəfdən, Saakaşvilinin özü də seçkilərdə aktiv olmadı və maraqsız görsəndi. Onun sonuncu bəyanatı bu oldu ki, “Mənim Gürcüstana ümumiyyətlə qayıtmaq fikrim yoxdur”. Bu da sözsüz ki, onun tərəfdarlarını ruhdan saldı və onlar seçkinin sonuncu mərhələsində çox da aktiv olmadılar. Nəticədə də digər müxalif qüvvələri birləşdirə bilmədilər. Bütün bunların nəticəsi olaraq bu gün Gürcüstanın prezidenti xanım Salomedir. Hesab edirəm ki, parlamentdə də dəyişikliklər olacaq.

- Bu gün Salome Zurabişvilinin prezident seçilməsi ilə Gürcüstanın Ermənistana dəstək verəcəyi fikirləri ortaya atılır. Eyni zamanda da seçkidə Rusiyanın qalibliyi önə çəkilir. Buna yanaşmanız necə olacaq?

- Mən hesab etmirəm ki, Salome seçildikdən sonra Azərbaycanla bağlı maraqları üst-üstə düşməyən hansısa müsbət, yaxud mənfi siyasət aparacaq. Yəni onun ermənipərəst olması, yaxud Fransadan vətəndaşlığının olması Gürcüstan üçün ciddi bir dəyişikliyə səbəb olmayacaq. Salomenin prezident seçilməsi ilə hansısa məsələlərdə Gürcüstanın Ermənistana dəstək verəcəyi ilə bağlı yanlış fikirlər səsləndirilir. Birincisi, Gürcüstanda parlament respublikasıdır və prezident həlledici funksiya daşımır. Yəni ki, onu bir monarx kimi seçirlər və onun dövlətin siyasi kursuna çox da əlaqəsi olmur. Əsas Parlament və Baş nazir siyasi kursu istiqamətləndirir. Təbii ki, o, Azərbaycana yaxşılıq edib, mübahisəli olan məşhur “Gəncə qapıları”nı tarixi abidə kimi bizə qaytarmayacaq və mənfi də nəsə olmayacaq. Onu da düşünmürəm ki, Fransa vətəndaşı olduğu üçün onun sayəsində Fransanın mövqeləri Gürcüstanda güclənəcək.

- Doğrudanmı seçkilərin nəticələri Rusiya ilə Qərbin region münasibətlərində heç bir təsirini göstərməyəcək?

- Qeyd etdiyim kimi, Gürcüstanda daha çox Rusiyanın mövqeləri güclənib. Bir daha sübut olundu ki, Rusiya Saakaşvili dövründən sonra öz mövqelərini bir daha gücləndirmək fürsəti qazandı. Bunun da yenə Azərbaycana hansısa müsbət-mənfi təsirini görmürəm.
Qərbin son 2-3 il ərzində öz mövqelərini itirməsi məsələsi də gündəmdədir. Mən deyərdim ki, təkcə bizim regionda yox, ümumiyyətlə dünyada. Məsələn, Suriyanı misal çəkmək olar, Avropa, Yunanıstan və Bolqariyada daha çox rusiyameyilli qüvvələrin hakimiyyətə gəlməsi Trampın pezidentliyi dövründə baş verir. O, inaqruasiya günündə demişdi ki, biz artıq dünyaya yox, öz daxilimizə diqqəti artıracağıq, iqtisadiyyatımızı artıracağıq, demokratiyanı artıq digər ölkələrə gətirmiyəcəyik və sair. Həmin bəyanatdan sonra ABŞ-ın mövqeyi dünyada zəiflədi, Rusiyanın isə güclənməsi prosesi başladı. Putinin inaqurasiyasından sonra bu, özünü daha aydın göstərdi.
Bu gün Saakaşvilinin də çox da aktiv olmaması, tərəfdarlarına mesajların düzgün verilməməsi nəticəsində Gürcüstanda Qərb yönümlü yox, daha çox Rusiya meyilli bir namizəd qalib gəldi.

A.Zeynallı
Versus.Az

29.11.2018

ALDP Bəyanat qəbul edib.Mətbuata müraciət edib




Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib. İclasda ictimai-siyasi vəziyyət və bəzi təşkilatı məsələlər müzakirə olunub. İclasda son vaxtlar bəzi mətbuat organlarında Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qoşulmağın ehtimal olduğu haqqında gedən yazılar müzakirə olundu. Bununla bağlı bəyanat qəbul olundu.
Bəyanatda deyilir:
Son dörd ay ərzində yerli mediada Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qoşulacağı barədə fikirlər səslənir. Təəssüf hissilə qeyd etmək istəyirik ki, Azərbaycanın müstəqilliyinin 100 illiyini qeyd edən xalqımız bu təklifləri ilk olaraq parlamentdən eşitdi. Sonra da mütamadi olaraq bu son dörd ay ərzində bəzi mətbuat organlarında bu təklifin Azərbaycan üçün müsbət olduğunu, güya Dağlıq Qarabağ probleminin həll olunacag kimi yazılar dərc olunur. Azərbaycan və Rusiya ekspertləri bu məsələnin müsbət tərəfi ilə bağlı mütəmadi müsahibələr verirlər. Qazaxstan və Belarus prezidentləri bu təşkilata üzv olmaq üçün Azərbaycana çağırış edirlər.
ALDP olaraq hesab edirik ki, KTMT-yə üzv olamag bizə, Dağlıq Qarabağ probleminin həllində heç nə verməyəcək. Necə ki, MDB-yə üzvlük heç nə vermədi.
ALDP mətbuat organlara müraciət edir, belə “müsbət” təklifləri tirajlamayın. ALDP tələb edir ki, hakimiyyət bu məsələyə aydınlıq gətirsin.
ALDP hesab edir ki, hansısa hərbi bloka üzv və yaxud yaranmasına ehtiyac olarsa bunu qardaş Türkiyə və Pakistanla birgə etmək olar.
Azərbaycan müstəqilliyini əldə etmək üçün çox mübarizə aparıb. Torpaqlarımız işgal altindadır və qələbəni bizə yalnız əsqərlərimiz bəxş edə bilər.

27.11.2018

SƏM: Bu büdcə “korrupsiya yönümlü” büdcədir


“AZADLIQ” Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzinin (SƏM) KXCP qərargahında növbəti yığıncağı keçirilib. Yığıncaqda KXCP sədri Mirmahmud Mirəlioğlu, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, BAP sədri Elşad Musayev, Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev iştirak edib. 
İclasa sədrlik edən Ə. Orucun verdiyi məlumata görə iclasda  Əməkdaşlıq Mərkəzinin fəaliyyətinin gücləndirilməsi ilə bağlı müzakirələr aparılıb.
2019-cu ilin büdcə müzakirələri ilə bağlı məsələyə münasibət bildirən Əməkdaşlıq Mərəkzi yeni ilin büdcə layihəsini “korrupsiya yönümlü” büdcə adlandırıb.
Ölkədə insan haqlarının vəziyyətini müzakirə edən Sədrlər Şurası hakimiyyətin müxalifət təmsilçilərinə, müstəqil mətbuata  qarşı təzyiq, təqib və həbslərini pisləyib.
Bundan başqa ölkədəki içtimai-siyasi vəziyyət, gündəmin digər aktual məsələləri müzakirə olunub.

18.11.2018

ALDP-nın Bəyanatı


         
             
                                Azərbaycan Liberal Demokrat Partiyasının 
                                                          (ALDP) 
                                                       BƏYANATI 
17 noyabr 2018-ci il tarixində cəmiyyətin böyük bir hissəsi olan müxalifət nümayəndələri Milli Dirçəliş Günün 30 illiyin geyd etmək üçün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) toplaşıb. İşıqların söndürülməsinə baxmayaraq, biz Bayramı geyd edə bildik. Hörmət əlaməti olaraq Bayram günü Şəhidlərimizi ziyarət etmək qərarı qəbul olunub və təəssüf ki, nəzərdə tutulan bu niyyətimizin həyata keçirməsinə hakimiyyət tərəfindən nəinki imkan yaradılmadı, əksinə ziyarətə gedənlərin bir hissəsini, AXCP sədri Əli Kərimli başda olmaqla iyirmi nəfərə yaxın gənci həbs etdilər. 
ALDP bu həbsləri pisliyərək bildirir ki, Azərbaycanı azad və demokratik ölkə olduğuna iddia edən iqtidar, Milli Dirçəliş günü bu həbslərlə ölkədə insan, söz və ifadə azadlığının pozulduğunu bir daha sübut etdi. 
ALDP olaraq hakimiyyəti Milli Dirçəliş gününü qeyd edən müxalifətçilərin həbsdən azad edilməsinə çağırır və müxalifət partiyalarına çağırış edərək həbs olunanların hüquqlarının qorunması ilə bağlı aksiyaların keçirilməsi üçün bir araya gəlinməsini təklif edir.

17.11.2018

ALDP liderin Bayram təbriki


Əziz həmvətənlərim!

17 noyabır 1988-ci ildə meydana toplaşan yüz minlərlə insan həqiqi mənada qəhramanlıq nümayiş etdirdilər. Çünki həmin dövrdə, Sovet imperiyasının hələ də güclü olduğu bir vaxtda küçələrə çıxıb öz etirazını bildirmək hər bir xalqın hünəri deyildi. Bu mübarizliyi xalqımıza İsmixan Rəhimov, Şıxali Qurbanov, Xudu Məmmədov, Oqtay Eldəgiz kimi insanlar veriblər. Baxmayaraq ki, sonra Sovet imperiyası var gücü ilə meydana toplaşanları dağıtdı, amma xalqın Azadlıq uğrunda mübarizəsini, inamını sındıra bilmədi.  17 noyabır 1988-ci ildə başlayan mitinqlər, bizlərə Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi. 
Bayramınız mübarək olsun!

Fuad Əliyev
Azərbaycan Liberal Demokrat Partiyasının sədri


09.11.2018

ALDP lideri xalqı təbrik etdi


Əziz Xalqım!
Bu gün biz Dövlət Bayrağı gününü qeyd edirik. Bayrağımız düz 100 il öncə - 9 noyabr 1918-ci ildə  Azərbaycan Demokratik Respublikasının ilk baş naziri Fətali xan Xoyski Milli Bayraq haqqında Nazirlər Kabinetinin qərarını imzaladı. Bayrağımızda olan üç rəngin - Türkçülük, İslamçılıq və Müasirlik ideyaların formalaşmasında filosof Cəmaləddin Əfqaninin təsiri olub. Hər bir millətin bayrağı onun milli kimliyinin, dilinin, mədəniyyətinin, dini-mənəvi əxlaqının, milli ideologiyasının ifadəsidir. Üç rənqli Milli Bayrağımız Azərbaycan türk xalqının keçmişi, bu günü və gələcəyi öz əksini tapmışdır. 23 ay dalğalanan Milli bayrağımız  dünyada müstəqil ölkələr sırasında oldu. Milli Bayrağımızdan 70 il ayırlmasına baxmayaraq xalqın əziyyətlə əldə etmiş üçrəngli bayrağına sevgi və məhəbbəti az da olsa tükənmədi. Əksinə bu illər boyu bu bayrağı yenidən yaşatmaq üçün İsmixan Rəhimov, Şıxali Qurbanov, Xudu Məmmədov, Oqtay Eldəgiz kimi qəhraman, mübariz olan minlərlə insan olub. Bu mübariz qəhramanlar Vətənə, müstəqil Azərbaycana və Bayrağa sevgisini, məhəbətini mubarizə aparıb qoruyublar və bizlərə nəsib ediblər. 100 il ərzində bu bayraq, dövlət və dövlətçiliyimizin, müstəqilliyimizin qorunması uğrunda minlərlə şəhidimiz olub. Bu gündə cəbhə bölgəsində şəhidlərimiz var. Vətən sağ olsun!  Minlərlə Qarabağ əlillərimiz var. Biz onların qarşısında baş əyirik! Ön cəbhədə əsqərlərimiz düşmənnən üz üzə durub. Tanrı əsqərlərimizi qorusun! Milli Bayrağ bayramınız mübarək olsun!





08.11.2018

Oqtay Eldəgəzin xanımı ALDP sədri ilə görüşüb


       
                                   
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Azərbaycan dövlət bayrağının təsdiq edilməsinin 100 illiyilə bağlı Milli Azadlıq Qərargahının (MAQ) yaradıcısı, Azadlıq uğrunda mubariz Oqtay Eldəgəzin həyat yoldaşı Rəfiqə xanım Rəfili ilə görüşüb.
ALDP sədri görüşdə 09 noyabır 1918-ci ildə ADR ilk baş nazir Fətali xan Xoyskinin Milli bayraq haqqında imzaladığı qərarın sürətini Rəfiqə xanım Rəfiliyə təqdim edib.

Fuad Əliyev qeyd edib ki, MAQ təşkilatı Sovet rejimi vaxtında Milli bayrağımız, Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparıb.O mübarizlik gələcək nəsillərimizə örnək olmalıdır.
Rəfiqə xanım Rəfili öz minnətdarlığını bildirib və Oqtay Eldəgəzin milli azadlıq uğrundakı fəaliyyətindən danışıb və Fuad Əliyevə onun xidmətlərinə verdiyi qiymətə görə minnətdarlığını bildirib.